"Sevilya" növbəti dəfə Avropa Liqasının qalibi oldu

"Sevilya" növbəti dəfə Avropa Liqasının qalibi oldu

Bu gecə UEFA Avropa Liqasında final matçı keçirilib. Olimpnews.az saytının məlumatına görə, həledici oyunda "Liverpul”u məğlub edən "Sevilya” Avropanın ikinci dərəcəli klub turnirində çempionluq sevinci yaşayıb.

Son 10 ildə 5-ci dəfə finala yüksələn Əndəlüslülər çətin sınaqdan bu dəfə də üzüağ çıxıblar. Unay Emerinin yetirmələri hesabda geri düşsələr də, xarakter göstərərək ardıcıl 3-cü, ümumilikdə isə 5-ci dəfə əsas mükafata yiyələniblər.

Hesabı Staricin vurduğu baxımlı qolla ispanlar açıblar. İlk hissə mersisaydlıların minimum hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissə başlayan kimi Qameyro hesabı bərabərləşdirib. Daha sonra kapitan Kokenin iki qolu artıq qalibiyyətə şübhə yeri qoymayıb.

Qeyd edək ki, ispan klubu avroliqanın qalibi olmaqla yanaşı, gələn mövsüm üçün UEFA Çempionlar Liqasında mübarizə aparmağa da haqq qazanıb. "Liverpul” isə avrokuboklarda çıxış etmək üçün əlinə düşən son şansdan da yararlana bilməyib.

UEFA Avropa Liqası
Final

"Liverpul” (İngiltərə) - "Sevilya” (İspaniya) - 1:3
Qollar: Staric, 35 - Qameyro, 46, Koke, 64; 69.

Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark (hamısı İsveç), Sveyn Oddvar Moen (Norveç).
Əlavə hakim köməkçiləri: Stefan Yohannesson, Markus Strpmberqsson (hər ikisi İsveç).
18 may. Bazel. "Sent Yakob-Park” stadionu.