Yığmamızın mundialdakı rəqibləri müəyyənləşdi

Yığmamızın mundialdakı rəqibləri müəyyənləşdi

Futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Olimpnews.az saytının məlumatına görə, sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada təşkil olunacaq mundialın 24 iştirakçısı 6 qrupa bölünüb.

Tarixində ilk dəfə final mərhələsinə yüksələn Azərbaycan millisinin də rəqibləri də bəlli olub. Yığmamız F qrupunda mübarizə aparacaq.

Medelyin şəhərində təşkil olunan tədbirdə millimizin bəxti gətirməyib. Komandamız çox güclü İran və İspaniya komandaları ilə eyni qrupa düşüb. Bu qrupa 3-cü səbətdən isə Afrika təmsilçisi - Mərakeş millisi düşüb.
Qeyd edək ki, 1/8 finala hər qrupda ilk 2 yeri tutanlar və ən yaxşı nəticəyə malik 4 üçüncü yer sahibi vəsiqə əldə edəcək.
A qrupu: Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama;

B qrupu: Tailand, Rusiya, Kuba, Misir;

C qrupu: Paraqvay, İtaliya, Vyetnam, Qvatemala;

D qrupu: Ukrayna, Braziliya, Mozambik, Avstraliya;

E qrupu: Argentina, Qazaxıstan, Solomon adaları, Kosta-Rika;

F qrupu: İran, İspaniya, Mərakeş, AZƏRBAYCAN.