Azərbaycan kubokunun finalının biletləri Peşəkar Futbol Liqası tərəfindən hazırlanaraq, "Qarabağ” və "Neftçi” klublarına təhvil verilib.
Olimpnews.az saytının məlumatına görə, oyun zamanı 1-13-cü sektorlar "Qarabağ”, 16-28-ci sektorlar isə "Neftçi” azarkeşlərinin ixtiyarında olacaq. Biletlərin satışı klublar tərəfindən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında təşkil ediləcək. Biletlərin qiyməti sektordan asılı olaraq, 1, 3, 5 və 30 manat arasında dəyişir.
Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu "Qarabağ” və "Neftçi” komandalarının iştirakı ilə 25 mayda reallaşacaq.