Mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışı keçəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Olimpnews.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçki 29 futbolçuya dəvət göndərib.
Xorvatiyalı mütəxəssis həmin oyunçuları Andorra, Makedoniya və Kanada yığmaları ilə keçiriləcək yoldaşlıq görüşlərində sınayacaq. 29 nəfərlik siyahıda yeni simalar da var. Belə ki, 3 futbolçu - Vüqar Mustafayev, Amil Yunanov və Adil Nağıyev ilk dəfə yığmamızın formasını geyinmək imkanı əldə edib.
Robert Prosineçki ən çox "Qarabağ” klubunun futbolçularına dəvət göndərib. Belə ki, ağdamlıların heyətindəki 6 oyunçu Avstriyadakı toplanışda iştirak edəcək. Baş məşqçi "Qəbələ” klubundan da 6 futbolçuya dəvət göndərmişdi. Amma Qəbələ təmsilçisinin üzvü Elvin Camalov zədələndiyi üçün millimizin heyətindən çıxarılıb. Əvəzində, "Kəpəz”dən Budaq Nəsirov yığmamıza dəvət olunub.Millimizin heyətində 3 əcnəbi də var. Bunlar müvafiq olaraq, Almaniya, İspaniya və Türkiyədə çıxış edən Dmitri Nazarov, Eddi İsrafilov və Ufuk Budakdır.
Qapıçılar: Səlahət Ağayev ("Sumqayıt), Kamran Ağayev ("İnter”), Anar Nəzirov ("Zirə”);
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı "Qarabağ”), Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev (hamısı "Qəbələ”), Adil Nağıyev ("Zirə”), Tərlan Quliyev ("Kəpəz”), Ufuk Budak ("Qaziantep Böyükşəhər Bələdiyəspor”, Türkiyə);
Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Əfran İsmayılov (hamısı "Qarabağ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi "Neftçi”), Elvin Məmmədov, Vüqar Mustafayev (hər ikisi "Zirə”), Budaq Nəsirov, Namiq Ələsgərov (hər ikisi "Kəpəz”), Dmitri Nazarov ("Karlsrue”, Almaniya), Eddi İsrafilov ("Kordoba”, İspaniya), Murad Səttarlı (AZAL);
Hücumçular: Rəşad Eyubov ("Qəbələ”), Ağabala Ramazanov, Amil Yunanov (hər ikisi "Sumqayıt”), Ruslan Qurbanov ("Neftçi”).