“İnter” 5 futbolçu ilə müqaviləni yenilədi

“İnter” 5 futbolçu ilə müqaviləni yenilədi

Topaz Premyer Liqasının 2015/16-cı illər mövsümünü 4-cü pillədə başa vuran Bakının "İnter” klubu istirahətə buraxılıb. Klubun mətbuat xidmətindən Olimpnews.az saytına verilən məlumata görə, "bankçılar” iyunun 18-də "İnter Arena”da toplaşaraq yeni mövsümün hazırlıqlarına start verəcəklər.

Klub rəhbərliyi artıq heyəti komplektləşdirmək yönündə də addımlar atmağa başlayıb. Belə ki, müqavilə müddətləri başa çatmış bəzi futbolçularla yeni razılaşmalar əldə olunub.
Paytaxt klubu belə oyunçulardan Şahin Zəkiyevlə (3 il), Sərtan Taşkınla (2 il), Aqşin Quluzadə ilə (3 il), Mirhüseyn Seyidovla (2 il) və kapitan Nizami Hacıyevlə (1 il) müqavilələləri yeniləyib.

Qeyd edək ki, anlaşmaları sona çatmış digər futbolçularla da danışıqlar gedir.