Kuboku Bakıdan Portuqaliya millisi apardı

Kuboku Bakıdan Portuqaliya millisi apardı

Bakıda keçirilən 17 yaşınadək komandalar arasında Avropa çempionatına yekun vuruldu. Olimpnews.az saytının məlumatına görə, finalda Portuqaliya ilə İspaniya yığmaları qarşılaşdılar. Piriney yarımadasını təmsil edən iki ölkənin milliləri arasındakı həlledici qarşılaşma 8-ci kilometr qəsəbə stadionunda keçirildi.

Avropa çempionatı (U-17)
Final
Portuqaliya - İspaniya - 1:1 (penaltilər seriyası - 5:4)
Qollar: Dalot, 27 - Diaz, 32.
Baş hakim: Petr Ardeleanu (Çexiya).
Baş hakimin köməkçiləri: Balaş Buzas (Macarıstan), Ceyhun Səsigözəl (Türkiyə).
21 may. Bakı. 8-ci km qəsəbə stadionu.

Gərgin mübarizə şəraitində keçən oyunun ilk hissəsində tərəflər hərəyə bir dəfə fərqləndilər. İkinci hissədə isə qapılara qol vurulmadı. Belə olan halda isə, baş hakim qalibi müəyyənləşdirmək üçün birbaşa penalti zərbələri təyin etdi.

Komandalar ilk 4 zərbəni dəqiq yerinə yetirdilər. Portuqaliya millisindən Fernandes 5-ci qolu vursa da, İspaniya komandasının kapitanı Morlanesin zərbəsi dirəyə tuş gəldi.

Beləliklə, Bakıda keçirilən qitə birinciliyinin qalibi Portuqaliya millisi oldu.