Azərbaycan millisi Avstriya toplanışı çərçivəsində ilk oyununu keçirib. Olimpnews.az saytının məlumatına görə, mayın 23-dən Avstriyanın Bad Erlax şəhərində təlim-məşq toplanışında olan yığmamız hazırlıq çərçivəsində planlaşdırılan 3 yoxlama görüşündən birincisində Andorra millisi ilə qarşılaşıb.
Yoldaşlıq oyunu
Azərbaycan – Andorra - 0:0
Azərbaycan: 12. Anar Nəzirov, 3. Məhəmməd Mirzəbəyov (4. Pavel Paşayev, 60), 15. Ruslan Abışov (k), 26. Adil Nağıyev, 16. Tərlan Quliyev (27. Vüqar Mustafayev, 46), 20. Ufuk Budak, 29. Budak Nəsirov, 25. Murad Səttarlı (24. Amil Yunanov, 46), 13. Dmitri Nazarov (19. Rəşad Eyyubov, 63), 10. Elvin Məmmədov, 18. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 23. Səlahət Ağayev
Andorra: 1. Xosep Qomes, 2. Kristian Martines (17. Aleksandr Martinez, 50), 3. Mark Vales, 4. Maks Lovera, 5. Emili Qarsiya (6. İldefons Lima), 8. Marsiyo Vyeyra (k), 9. Aaron Sançes (16. Andreu Matos, 65), 14. Xordi Alaez (11. Sercio Moreno, 72), 20. Viktor Rodrigez, 21. Mark Qarsiya, 23. Xordi Rubio
Ehtiyat oyunçular: 13. Pol Ferran, 10. Lüdovik Klemente, 15. Mioses San Nikolas, 17. Aleksandr Martinez
Hakimlər: Harald Lexner, Andreas Heidenreyx, Maksimilian Kolbitş, Markus Hameter (hamısı Avstriya).
26 may. Bad Erlax (Avstriya)
Robert Prosineçkinin yetirmələri 2016-cı ildəki 2-ci görüşünü qolsuz heç-heçə ilə başa vurub.
İlin ilk sınağını Türkiyənin Antalya şəhərində keçirib, 0:1 hesabı ilə uduzan komandamız ikinci matçında da "cırtdan"la bacarmayıb.
Ölkə kubokunun final matçı ilə əlaqədar olaraq "Qarabağ" və "Neftçi" klublarından milliyə dəvət olunmuş oyunçuların çıxış etmədiyi oyunda əsas heyətlə mübarizə aparmayan millimiz ələ düşən bir neçə imkandan istifadə edə bilməyib və qarşılaşma başladığı kimi də sona çatıb.
