“Ağ-qaralar”ın baş məşqçisi təsdiqləndi

“Ağ-qaralar”ın baş məşqçisi təsdiqləndi


"Neftçi”nin Müşahidə Şurasının növbəti iclası keçirilib. Olimpnews.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Vəli Qasımov 2016/2017-ci illər mövsümü üçün "Neftçi”nin baş məşqçisi vəzifəsinə təsdiq olunub.

Bundan əlavə klubun növbəti mövsüm üçün büdcəsi detallı şəkildə müzakirə edilib.

Qeyd edək ki, bu ilin mart ayından - Əsgər Abdullayevin istefasından sonra Vəli Qasımov baş məşqçi səlahiyyətlərini icra edirdi.