Fərhad Vəliyev yenidən Sumqayıta qayıtdı

Fərhad Vəliyev yenidən Sumqayıta qayıtdı
"Sumqayıt" mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib. Olimpnews.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, "Gənclik şəhəri” təmsilçisi Fərhad Vəliyevlə müqavilə imzalayıb.

Sumqayıt futbol məktəbinin yetirməsi olan 36 yaşlı qapıçı son 10 ildə şərəfini qoruduğu "Qarabağ"dan ayrılıb və doğma şəhərə qayıdıb. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, karyerası ərzində "Qarabağ"dan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "Gənclərbirliyi" və "İnter"in formalarını geyinmiş Vəliyev 2003/04-cü, 2013/14-cü, 2014/15-ci və 2015/16-cı illər mövsümlərində Azərbaycan çempionu olub. O, həmçinin 5 dəfə də Azərbaycan kubokunu başı üzərinə qaldırıb.