Paytaxt sakinləri Avropa çempionatını böyük monitorda izləyəcəklər

Paytaxt sakinləri Avropa çempionatını böyük monitorda izləyəcəklər

Iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı oyunlarına birlikdə baxmaq üçün SOCAR tərəfindən Bakı Olimpiya Stadionunda iri monitorlu birgə tamaşa zonası qurulacaq.

Olimpnews.az saytının məlumatına görə, son illərdə SOCAR-ın fəaliyyətinin böyük hissəsi xarici ölkələrlə bağlıdır. Bununla əlaqədar olaraq, müvafiq marketinq tədbirləri də beynəlxalq miqyasda keçirilir. Bu səbəbdən Beynəlxalq Cüdo Federasiyası və Avropa Futbol Federasiyaları İttifaqı ilə tərəfdaşlıq sazişləri imzalanıb. UEFA ilə imzalanan sazişə əsasən, SOCAR Azərbaycanda futbol üzrə keçirilən UEFA U-17 Avropa Kuboku və Fransada keçirilən UEFA Avropa Kuboku yarışlarında UEFA-nın rəsmi tərəfdaşı qismində çıxış edir. Bu tədbirlər yüz milyonlarla futbolsevərlərə, o cümlədən Azərbaycandakı futbol azarkeşlərinə sevinc bəxş etməklə yanaşı, ölkəmizi dünyaya tanıtmaq üçün effektli bir platformadır.

İyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı oyunlarına birlikdə baxmaq üçün isə SOCAR tərəfindən Bakı Olimpiya Stadionunda iri monitorlu birgə tamaşa zonası qurulacaq. Bütün futbolsevərlər birgə tamaşa zonasında futbol bayramının sevincinə qatılmağa dəvət olunurlar.