"9 ildir oynadığım komandadan ayrılmaq mənim üçün üzücüdür. Bura mənə ailəm kimidir. Nə vaxtsa, yenidən məşqçi kimi də olsa da, "Qarabağ"a qayıtmaq istəyirəm". Olimpnews.az saytının məlumatına görə, bu sözləri ağdamlıların keçmiş qapıçısı Fərhad Vəliyev deyib.
Yeni mövsümdən etibarən "Sumqayıt”ın şərəfini qoruyacaq 36 yaşlı qapıçı fikirlərini keçmiş klubunun rəsmi saytına açıqlayıb: "Bu 9 il karyeramın ən yaxşı vaxtları idi. Hər zaman klub rəhbərliyi, baş məşqçimiz Qurban müəllim, Elxan müəllim öz dəstəyini verib. Daha bir - iki il karyeramı davam etdirmək fikrindəyəm. Bir daha vurğulayım, nə vaxtsa yenidən "Qarabağ"a qayıtmağı planlaşdırıram. Daim onların uğur qazanmasını arzulayacam".