Avropa çempionatının rəsmi açılış mərasimi keçirilib

 Avropa çempionatının rəsmi açılış mərasimi keçirilib

İyunun 10-da Fransanın paytaxtı Parisin şimalında yerləşən Sen-Deni rayonundakı "Stade de France” stadionunda keçirilən Avropa çempionatının rəsmi açılış mərasimi olub. Olimpnews.az saytının məlumatına görə, açılış mərasimində Fransanın Prezidenti Fransua Olland, Rumıniyanın baş naziri Dacian Ciolos və digər dövlət nümayəndələri iştirak ediblər.

Ənənəvi fransızsayağı bağ stilində dizayn edilən və müxtəlif rənglərlə bəzədilən meydançada əvvəlcə dj David Guetta klassik musiqi, qısa müddətdən sonra müasir musiqi səsləndirib və 150 rəqqasə meydana çıxıb.

Məşhur fransız müğənnisi və bəstəkarı Edit Piafın sözlərinə bəstələnmiş musiqi səsləndirilib. Meydançanın arxa fonunda Eyfel Qülləsinin maketi ucaldılıb.

İsveçli müğənni Zara Larsson UEFA "Avro-2016”nın "This one’s for you” rəsmi mahnısını səsləndirib.

Qısa açılış mərasimindən sonra meydana Fransa və Rumıniya yığmaları çıxıblar.