
Pep Qvardiolanın baş məşqçi təyin edildiyi "Mançester Siti" ikinci transferini reallaşdırmağa hazırlaşır.
Premyer Liqa klubu Leroy Saneni heyətinə daxil edir.
İddialara görə, artıq "Mançester Siti" transferi "Şalke 04"lə razılaşdırıb. İngiltərə klubunun almanlara 40 milyon funt-sterlinq ödəyəcəyi deyilir.
Qeyd edək ki, Leroy Sane "Şalke 04"ün yetirməsi hesab olunur. "Transfermarkt"ın 18 milyon avro qiymət qoyduğu 20 yaşlı almaniyalı hücumçu başa çatan mövsümdə meydana çıxdığı 42 oyunda 9 qol vurub.
Onu da qeyd edək ki, "Mançester Siti" bundan əvvəl Dortmund "Borussiya"sından İlkay Gündoğanı transfer edib. İngilislər bu transferə 27 milyon avro xərcləyiblər.