“Kəpəz” – “Daçiya” matçının keçirilmə vaxtı dəyişikdirildi

“Kəpəz” – “Daçiya” matçının keçirilmə vaxtı dəyişikdirildi
UEFA Azərbaycan klublarının avrokuboklardakı oyunlarının vaxtını təsdiqləyib. Olimpnews.az saytının məlumatına görə, son çempion "Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Lüksemburqun "Düdelanj” klubu ilə ilk oyununu iyulun 12-də Bakıda keçirəcək.

Avropa Liqasında mübarizəyə qoşulacaq "Qəbələ” və "Kəpəz” müvafiq olaraq Gürcüstan "Samtrediya” və Moldovanın "Daçiya” komandaları ilə evdə qarşılaşacaq. "Neftçi” isə ilk matçını səfərdə Maltanın "Baltsan” komandasına qarşı keçirəcək.

Bu görüşlərin hamısı iyunun 30-da baş tutacaqdı. Lakin UEFA sonradan "Kəpəz” – "Daçiya” matçının iyunun 28-də oynanılmasına qərar verib.