“Qəbələ” iştirak ərizəsini UEFA-ya göndərdi

“Qəbələ” iştirak ərizəsini UEFA-ya göndərdi

"Qəbələ” klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. Olimpnews.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar” Gürcüstanın "Samtredia” klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib.

Quruma göndərilən A vərəqində 16 futbolçu yer alıb.

Qeyd edək ki, "Qəbələ” "Samtredia” ilə ilk oyunu iyunun 30-da evdə, cavab matçını isə iyulun 7-də səfərdə keçirəcək.

Qapıçılar: 22. Dmitri Bezotosnı, 33. David Pietrzkieviç;

Müdafiəçilər: 3. Vojislav Stankoviç, 13. Murad Musayev, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael Santos;

Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 27. Teo Luis Uiks, 32. Rəşad Eyubov;

Hücumçu: 9. Sergey Zenyov.