“Kəpəz” avrokuboklarda mübarizəyə başlayır

“Kəpəz” avrokuboklarda mübarizəyə başlayır

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümünə start veriləcək. Olimpnews.az saytının məlumatına görə, ilk olaraq avroliqadakı 3 təmsilçimizdən biri - "Kəpəz” klubu meydana çıxacaq.

Avropa Liqasının I təsnifat mərhələsinin ilk qarşılaşmasında gəncəlilər Moldovanın "Daçiya” klubu ilə qarşılaşacaqlar.

Gəncəlilərin digər iki klubumuzdan əvvəl maydana çıxmasının səbəbi onların ev oyunlarını Bakıda keçirməsidir.
Şahin Diniyevin komandası ilk sınağına "Dalğa Arena”da çıxacaq. Bu matç "Kəpəz”in 5787 gündən sonra Avropa arenasına dönüşü olacaq. Sonuncu dəfə 2000-ci ildə UEFA Kubokunda yarışmış və 16 il qitə miqyaslı turnirlərə qatılmayan gəncəlilər yarışın yeni adı altında ilk dəfə çıxış edəcəklər.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun

"Kəpəz” (Azərbaycan) – "Daçiya” (Moldova)
Hakimlər: Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (hamısı Qazaxıstan).
28 iyun. Bakı. "Dalğa Arena” stadionu. Saat 20:00.