“Neftçi” səfərdən qələbə ilə qayıdır

“Neftçi” səfərdən qələbə ilə qayıdır

"Neftçi” UEFA Avropa Liqasında ilk sınağına çıxıb. Olimpnews.az saytının məlumatına görə, "ağ-qaralar” I təsnifat mərhələsi çərçivəsində Maltanın "Baltsan” klubu ilə qarşılaşıb.

Paytaxt klubu ilk matçında qələbə qazanıb. Vəli Qasımovun yetirmələri səfərdə 2:0 hesabı ilə qalib gələrək cavab oyunu öncəsi böyük üstünlük əldə ediblər.

Hesabı oyunun 14-cü dəqiqəsində Rəhman Hacıyev açıb. Gənc yarımmüdafiəçi cərimə zərbəsini möhtəşəm yerinə yetirib. "Ağ-qaralar" bir də matçın sonlarında fərqləniblər. Bu dəfə Ruslan Qurbanov adını tabloya yazdırıb. Milli üzvü penaltini dəqiq yerinə yetirərək komandası üçün növbəti turun qapısını açıb.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
"Baltsan” (Malta) – "Neftçi” (Azərbaycan) - 0:2
Qollar: Rəhman Hacıyev, 14, Ruslan Qurbanov, 83 (pen.)

"Baltsan”:32. Yanyuşeviç, 8. Feneç, 9. Menvski, 10. Qrima, 11. Bezzina, 16. Brinkat, 17. Effionq, 18. Anderson Fransisko, 23. Serrano, 50. Oliviera, 86. Kalyeviç
"Neftçi”:1. Kreşvan Santini, 3. Jayro, 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo.
Hakimlər: Yovan Kaludjeroviç, Daniel Deviç, Vladan Todoroviç, Mileta Skepanoviç (hamısı Monteneqro)
30 iyun. Paola. "Hibernians” stadionu