Messi həbs cəzasına məhkum edilib

Messi həbs cəzasına məhkum edilib
 


İspaniyada məhkəmə "Barselona” klubunun argentinalı ulduz futbolçusu Lionel Messini və atası Xorge Messini vergidən yayındıqları üçün 21 aylıq həbs cəzasına məhkum edib.

Ölkə qanunlarına görə, Lionel Messi iki ildən az müddətə həbs cəzası aldığı üçün məhkum edilməyəcək.
Qeyd edək ki, məşhur futbolçunun və atasının vergidən yayınmaları ilə əlaqədar məhkəmə prosesi xeyli vaxtdır davam edirdi.