Portuqaliya millisinin lideri, Avropa çempionu Kriştianu Ronaldo AÇ-2016-da qazandığı pulları xeyriyyəçiliyə sərf edib.
Olimpnews.az saytının məlumatına görə, ulduz futbolçu turnirdən payına düşən 275 min avronun hamısını xərçəng xəstəsi olan uşaqların müalicəsinə bağışlayıb.