"Napoli”nin hücumçusu Qonsalo İquayn böyük məbləğ müqabilində Çinə getməkdən imtina edib. Olimpnews.az saytının məlumatına görə, bununla da argentinalı forvard dünyanın ən yüksəködənişli futbolçusu olmaq şansını əldən verib. Belə ki, Çinin "Hebey Çayna Forçun” klubu Argentina millisinin üzvünə 50 milyon avro dəyərində müqavilə təklif edib. 28 yaşlı Qonsalo isə böyük futbol səhnəsini tərk etmək istəmədiyi üçün təklifdən imtina edib. Peşəkarlığı puldan üstün tutan futbolçu Avropanın aparıcı çempionatlarında top qovmaq istəyir.
İquayn keçidə razı olacağı təqdirdə, dünyanın ən yüksəködənişli futbolçusu ola bilərdi. Belə çıxır ki, pul hər şey demək deyil.