Avropa Liqası: "Neftçi" evdə, "Qəbələ" və "Kəpəz" isə səfərdə oynayacaq

Avropa Liqası: "Neftçi" evdə, "Qəbələ" və "Kəpəz" isə səfərdə oynayacaq

Bu gün ölkəmizin 3 təmsilçisi UEFA Avropa Liqasında II təsnifat mərhələsində ilk oyunlarına çıxacaqlar.

Olimpnews.az saytının məlumatına görə, "Neftçi" doğma azarkeşlər önündə, "Qəbələ" və "Kəpəz" klubları isə səfərdə rəqibləri sınayacaqlar. "Ağ-qaralar" Makedoniyanın "Şkendiya" klubunu sınağa çəkəcək.

"Kəpəz" klubu Avstriyada "Admira Vakker"in qonağı olacaq.

"Qəbələ" klubu isə Macarıstanda MTK ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar

"Neftçi" (Azərbaycan) - "Şkendiya" (Makedoniya)
Hakimlər: Sergey Tsinkeviç, Yevgeni Romanov, Vitali Malyutin, Viktor Şimusik (hamısı Belarus).
14 iyul. Bakı. "Bakcell Arena" stadionu.Saat 20:00.

"Admira" (Avstriya) - "Kəpəz" (Azərbaycan)
Hakimlər: Pavle Radovanoviç, Dimitriye Mrqudoviç, Aleksandar Cikanoviç, Miloş Savoviç (hamısı Monteneqro).
14 iyul. Sent-Polten. "NV Arena" stadionu. Saat 21:00.

MTK (Macarıstan) - "Qəbələ" (Azərbaycan)
Hakimlər: Boyan Panciç, Ştefan Hallberq, Maqnus Syöblom, Mohammed Əl-Hakim (hamısı İsveç).
14 iyul. Dyör. "Dyirmoti" stadionu. Saat 22:30.