Avropa Liqası: “Neftçi” evdə yenə qələbə qazana bilmədi

Avropa Liqası: “Neftçi” evdə yenə qələbə qazana bilmədi

"Neftçi” klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ilk oyununda Makedoniyanın "Şkendiya” komandası ilə qarşılaşıb.

Olimpnews.az saytının məlumatına görə, oyunun qarşılıqlı hücumlar şəraitində keçən birinci hissənin əvvəlində rəqibin ilk təhlükəli zərbəsi dirəyə dəyib. Buna cavab olaraq, görüşün 13-cü dəqiqəsində paytaxt təmsilçisi əks-hücum nəticəsində təhlükəli vəziyyət yaratsa da, bu imkandan yararlana bilməyib. İlk hissədə əks-hücum taktikasına üstünlük verən "Neftçi” fərqlənmək üçün daha bir əlverişli imkan əldə edib. Lakin Araz Abdullayevin zərbəsi qapıdan bir qədər aralı keçıb. Matçın ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıb.

İkinci hissənin ilk dəqiqələrindən etibarən Vəli Qasımovun komandası oyunda təşəbbüsü tamamilə ələ alıb. Paytaxt təmsilçisi bir-birinin ardınca rəqib qapısı qarşısında təhlükəli hücumlar yaradıb. "Şkendiya” komandası isə İbraiminin və Radeskinin zərbələri ilə fərqlənmək imkanı əldə edib. Komandaların cəhdlərinə baxmayaraq, qapılara top vurulmayıb və qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
"Neftçi” (Azərbaycan) – "Şkendiya” (Makedoniya) - 0:0

"Neftçi”: 1. Kreşvan Santini, 3. Jayro, 7. Araz Abdullayev, 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 22. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo
Ehtiyat oyunçular: 66. Kamran İbrahimov, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 26. Kamal Qurbanov, 41. Ömər Buludov, 95. Elmin Bədəlov

"Şkendiya”: 1. Kostadin Zahov, 4. Edzon Beytulay, 5. Armend Alimi, 6. Ardian Cuculi, 7. Besart İbraimi, 10. Feran Hasani, 14. Maryan Radeski, 18. Stenio Junior, 23. Beşir Demiri, 77. Blaqoja Todorovski, 88. Stefen Vuyiçiç
Ehtiyat oyunçular: 12. Yovanovski, 11. İmeri, 16. Murati, 19. Boyku, 20. Viktor Yufo, 27. Taipi, 33. Polozani

Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malitsin
Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)
UEFA nümayəndəsi: Dimitri Bokeriya (Gürcüstan)
14 iyul. Bakı. 8-ci km stadionu