UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Olimpnews.az saytının məlumatına görə, Gəncənin "Kəpəz" klubu səfərdə Avstriyanın "Admira Vaker" klubu ilə qarşılaşıb.
Sankt Pölten şəhərində yerləşən "NV Arena" stadionunda keçirilən oyunun ilk hissəsində ev sahibləri hesabda irəli çıxıblar. Hücumçu Dominik Ştarkl oyunun 41-ci dəqiqəsində başla vurduğu zərbə ilə hesabı açıb.
Şahin Diniyevin yetirmələri oyunun ikinci hissəsində qol vura bilməyib və hesab dəyişməz qalıb.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
"Admira” (Avstriya) – "Kəpəz” (Azərbaycan) - 1:0
Qol: Starkl, 41
"Admira”: 28. Yörg Siebenhandl, 2. Fabio Strauss, 4. Stefan Zvierşits, 5. Tomas Ebner, 6. Markus Lakner, 7. Maksimilan Saks, 8. Kristof Knasmüllner, 17. Dominik Starkl, 20. Markus Paviç, 21. Markus Vostry, 27. Eldis Bayrami,
Ehtiyat oyunçular: 29. Kutton, 9. Vastiç, 10. Tot, 14. Kristof Monşeyn, 25. Veseli, 55. Ayyıldız, 93. Spiridonoviç
"Kəpəz”: 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 10. Dario Junior, 13. Şəhriyar Rəhimov, 17. Nicat Qurbanov, 18. Tural Axundov, 25. Şəhriyar Əliyev, 36. Renan Alveş, 77. Serjinyo, 90. Julien Ebah
Ehtiyat oyunçular: 1. Əyyub Əliyev, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 15. Azad Kərimov, 19. Orxan Əliyev, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov
Baş hakim: Pavle Radovanoviç
Baş hakimin köməkçiləri: Dimitriye Mrqunoviç, Aleksandar Cikanoviç
Dördüncü hakim: Miloş Savoviç (hamısı Monreneqro)
Hakim-inspektor: Neyl Barri (İngiltərə)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
14 iyul. Sankt-Polten. NV Arena