
UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" klubu ilk oyununu keçirib.
Olimpnews.az saytının məlumatına görə, komandamız Macarıstanda yerli MTK klubu ilə qarşılaşıb.
İsveçli baş hakim Bojan Pandziçin idarə etdiyi oyunun 24-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Nika Kvekveskiri hesabı açıb. Komandaların səylərinə baxmayaraq, oyunun ilk hissəsində hesab dəyişməyib.
İkinci hissəyə daha fəal başlayan "Qəbələ" matçın 63-cü dəqiqəsində istəyinə nail olub. Qəbələ təmsilçisinin xorvatiyalı futbolçusu Filip Özobiç ikinci topu rəqib qapısından keçirib. Görüşün 70-ci dəqiqəsində MTK-nın futbolçusu Sandor Torqhelle hesab arasındakı fərqi azaldıb.
Beləliklə, görüş "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
MTK (Macarıstan) – "Qəbələ” (Azərbaycan) - 1:2
Qollar: Torgelle, 70 - Nika Kvekveskiri, 25, Ozobiç, 63
İstifadə olunmayan penalti: Kanta, 15 (MTK) (qapıçı)
MTK: 1. Layos Hegedüs, 4. Akos Baki, 5. Mato Qrqiç, 9. Darko Nikaç, 14. Sandor Torgelle, 18. Barnabas Bese, 19. Josef Kanta, 24. Patrik Poor, 30. Balint Borbeli, 33. Daniel Gera, 38. Adam Vass
Ehtiyat oyunçular: 28. Qroppioni, 3. Deutç, 10. Szatamari, 12. Jakap, 13. Hrepka, 21. Vukmir, 27. Varqa
"Qəbələ”: 22. Dmitri Bezotosni, 3. Voyslav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 17. Teo Uiks
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 13. Murad Musayev, 34. Urfan Abbasov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov
Baş hakim: Boyan Pandjiç
Baş hakimin köməkçiləri: Stefan Hallberq, Maqnus Syoblom
Dördüncü hakim: Mohammed Al-Hakim (hamısı İsveç)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
14 iyul. Dyer. "Dyirmot” stadionu