Avropanın ən yaxşısı kim olacaq?

Avropanın ən yaxşısı kim olacaq?

Avropanın ötən mövsüm ən yaxşı futbolçusu adına namizədlərin adları bəlli olub. Olimpnews.az saytının məlumatına görə, UEFA-nın jurnalistlər arasında keçirdiyi sorğunun ilk mərhələsində səs alan 37 nəfərdən 10-u mükafat uğrunda mübarizəni davam etdirəcək. Siyahıda Madrid "Real”ının 4, milli komandalardan isə Almaniyanın daha çox - 3 futbolçusu yer alıb.

Sorğunun 2-ci mərhələsində bu onluqdan 3 finalçı seçiləcək və onların adı avqustun 5-də açıqlanacaq. Mükafatın qalibi isə 3-cü səsvermənin yekununda – avqustun 25-də bəlli olacaq.

Xatırladaq ki, UEFA-nın sorğusunda Azərbaycanı 2013-cü ildə Türkiyədə "Yılın Yabancı Spor Yazar" ("İlin ən yaxşı əcnəbi idman yazarı") nominasiyasında "Futbol Oscarı" mükafatına layiq görülmüş Rasim Mövsümzadə təmsil edir.

2015/2016-cı illər mövsümündə Avropanın ən yaxşı oyunçusu adına namizəd 10 futbolçunu (əlifba sırası ilə) təqdim edirik:

1. Uels millisinin və "Real Madrid”in cinah oyunçusu Qaret Beyl
2. İtaliya millisinin və "Yuventus”un qapıçısı Canluici Buffon
3. Fransa millisinin və "Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann
4. Almaniya millisinin və "Real Madrid”in yarımmüdafiəçisi Toni Kroos
5. Argentina millisinin və "Barselona”nın hücumçusu Lionel Messi
6. Almaniya millisinin və "Bayern Münhen”in cinah oyunçusu Tomas Müller
7. Almaniya millisinin və "Bayern Münhen”in qapıçısı Manuel Noyer
8. Portuqaliya millisinin və "Real Madrid”in müdafiəçisi Pepe
9. Portuqaliya millisinin və "Real Madrid”in hücumçusu Kriştianu Ronaldu
10. Uruqvay millisinin və "Barselona”nın hücumçusu Luis Suarez