
İyulun 20-də UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsi çərçivəsində növbəti cavab oyunları keçirilib. Olimpnews.az saytının məlumatına görə, ölkəmizin bu turnirdə yeganə təmsilçisi "Qarabağ" Lüksemburqda "Düdelanj” klubunun qonağı olub.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
"Düdelanj” (Lüksemburq) - "Qarabağ” (Azərbaycan) - 1:1
Qollar: N Diaye, 72 - Reynaldo, 90+4.
"Düdelanj": 1. Jonatan Juber (k), 2. Kleyton Moreyra, 5. Tom Şnell, 9. Daniel da Mota, 19. Rodriqe Dikaba, 21. Dominik Ştolts, 25. Kevin Nakaş, 26. Cerri Prempe, 27. Brayan Meliss, 77. David Türpel, 99. Momar N`Diaye.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Hakimlər: Kevin Klansi, Stüart Stevenson, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya).
20 iyul. Düdelanj. "Yos Nosbaum” stadionu.
İlk görüşdə 2:0 hesablı qələbə qazanan Azərbaycan çempionunun növbəti mərhələyə vəsiqə qazanması üçün heç-heçə də kifayət idi. Matç təmsilçilərimizin ərazi üstünlüyü ilə keçib. Rəqibin ara-sıra hücumu isə təhlükəli alınırdı. Belə hücumların birində N Diaye hesabı açan tərəf olub. Qoldan sonra hücumlara atılan ağdamlılar yalnız matçın son saniyələrində hesabı bərabərləşdiriblər. Oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Reynaldo ilə bir neçə rəqibini keçib topu qapıya vurdu - 1:1.
Beləliklə, iki oyunun nəticəsinə görə, 3:1 hesabı ilə üstün olan "Qarabağ" klubu adını növbəti mərhələyə yazdırıb. Qurban Qurbanovun yetirmələri III təsnifat mərhələsində "Viktoriya” klubu (Plzen, Çexiya) ilə üz-üzə gələcək.