"Kəpəz” UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Admira” klubu ilə cavab oyununa çıxıb. Olimpnews.az saytının məlumatına görə, oyun təmsilçimiz üçün uğurlu olmayıb.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
"Kəpəz” (Azərbaycan) - "Admira” (Avstriya) - 0:2
Qollar: Kristof Knasmüllner, 17; Patrik Şmidt, 76.
Hakimlər: Vitali Meşkov, Valeri Dançenko, Maksim Qavrilin, Mixail Vilkov (hamısı Rusiya).
20 iyul. Bakı. "Dalğa Arena” stadionu.
İlk görüşdə 0:1 hesabı ilə uduzan Gəncə təmsilçisi növbəti mərhələyə adlamaq üçün Bakıda mütləq qələbə qazanmalı idi. Lakin Mödlinq təmsilçisi buna imkan verməyib.
Gözlənildiyi kimi, Gəncə klubu "Dalğa Arena”da lazım olan nəticəni əldə edə bilməyib. Şahin Diniyevin yetirmələri ilk matçda olduğu kimi, yenə məğlubiyyətdən qaça bilməyib. Bu dəfə iki top fərqli məğlubiyyət qeydə alınıb. Avrokubokun cari mövsümündə keçirdiyi əvvəlki 3 oyunda cəmi 1 qol vuran "Kəpəz” bu görüşdə də qol üzünə həsrət qalıb.
Nəticədə, "Kəpəz" avroliqada mübarizəni dayandırıb.