Avropa Liqası: “Qəbələ” və “Neftçi” cavab oyunlarına çıxacaqlar

Avropa Liqası: “Qəbələ” və “Neftçi” cavab oyunlarına çıxacaqlar

Bu gün "Qəbələ” və "Neftçi” futbol klubları Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirəcəklər.

Roman Qriqorçukun yetirmələri Macarıstanın MTK klubu ilə ev matçına çıxacaq. Səfərdə 2:1 hesabı ilə üstünlük qazanan "Qəbələ”nin mərhələ keçmək şansı yüksəkdir. Hər halda, "Qəbələ” evdə istənilən heç-heçə etsə, hətta 0:1 hesabı ilə uduzsa belə, cütün qalibi olacaq. 8-ci kilometr stadionunda oynanılacaq matç saat 21:00-da başlayacaq.

Digər təmsilçimiz "Neftçi” komandası Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyada "Şkendiya” klubuna qarşı cavab matçına çıxacaq. Vəli Qasımovun yetirmələri çətin səfər sınağı qarşısındadır. Makedoniyanın "Şkendiya” klubu ilə evdə qolsuz heç-heçə edən paytaxt klubu mərhələ keçmək üçün Skopyedə ya qalib gəlməli, ya da ən azından istənilən qollu heç-heçə ilə ayrılmalıdır. Skopyedə "Filipp II” Arenasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
"Qəbələ” – MTK (Macarıstan)
"Bakcell Arena”. Saat 21.00
Baş hakim: Mete Kalkavan
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel, Esat Sancaktar
Dördüncü hakim: Serkan Cinar (Hakimlər briqadası Türkiyədəndir)
UEFA nümayəndəsi: Markku Lehtola (Finlandiya)
Hakim-inspektor: Vasil Meyinçuk (Ukrayna)
ilk oyun - 2:1

"Şkendiya” (Makedoniya) – "Neftçi”
Skopye. II Filip Arenası. Saat 22.00
Baş hakim: Erik Lambrechts
Baş hakimin köməkçiləri: Karel De Rocker, Jo de Weirdt
Dördüncü hakim: Frederik Geldhof (Hakimlər briqadası Belçikadandır)
UEFA nümayəndəsi: Crawford Wilson (Şimali İrlandiya)
Hakim-inspektor: Nikolae Grigoresku (Rumıniya)
ilk oyun - 0:0