Azərbaycanlı FİFA referisinə yeni təyinat

 Azərbaycanlı FİFA referisinə yeni təyinat

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev daha bir beynəlxalq oyuna təyinat alıb. Olimpnews.az saytının məlumatına görə, o, 19 yaşınadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu idarə edəcək.

Almaniyada təşkil olunmuş turnirin iyulun 24-də, Sinsheim şəhərindəki "Rhein-Neckar-Arena”da keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları üz-üzə gələcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.