Ələkbər Məmmədov yad olunub

Ələkbər Məmmədov yad olunub

Azərbaycan futbolunun tarixində özünəməxsus yeri olan, ölkə futbolunun inkişafında müstəsna xidmətlər göstərmiş, Azərbaycan milli komandasının ilk baş məşqçisi, futbol sahəsində çoxsaylı titul və mükafatlara layiq görülmüş mərhum Ələkbər Məmmədovun vəfatının 2-ci ildönümüdür.

Olimpnews.az saytının məlumatına görə, bu münasibətlə bu gün AFFA rəsmiləri və ölkə futbol ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabanda Ə.Məmmədovun məzarını ziyarət ediblər.