
Bu gün Topaz Premyer Liqasının 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçirildi. Olimpnews.az saytının məlumatına görə, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, rəsmi şəxslər və KİV nümayəndələri iştirak edirdilər.
25-ci – yubiley ölkə çempionatının iştirakçıları ilk turdakı rəqiblərini tanıyıb. AFFA-nın inzibati binasında təşkil olunan tədbirə qarşıdakı mövsümün 8 iştirakçısı qatılıb. Tədbirdə çempionatın startının tarixi də açıqlanıb. Mövsümə avqustun 6-da start veriləcək. Həmin gün başlayacaq ilk tur ayın 7-də yekunlaşacaq.
Son 3 mövsümdə olduğu kimi yenə 4 dövrədə mübarizə aparacaq komandalar ilk turda 4 cütlük təşkil edib.
Topaz Premyer Liqası
I tur
6-7 avqust
"Qarabağ” (Ağdam) - "İnter” (Bakı)
"Qəbələ” (Qəbələ) - "Kəpəz” (Gəncə)
AZAL (Bakı) - "Neftçi” (Bakı)
"Zirə” (Bakı) - "Sumqayıt” (Sumqayıt)