“Qəbələ” avroliqanın pley-offuna çıxdı

“Qəbələ” avroliqanın pley-offuna çıxdı

UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, təmsilçimiz "Qəbələ” də cavab oyununa çıxıb.

Roman Qriqorçukun yetirmələri doğma azarkeşlər önündə Fransanın "Lill” klubu ilə qarşılaşıb.

Matça fəal başlayan təmsilçimiz hesabı açan tərəf olub. Oyunun 34-cü dəqiqəsində xorvatiyalı legioner Filip Ozobiç uzaqdan möhtəşəm zərbə ilə komandasını önə keçirib.

Rəqib komanda son anlarda fəallaşsa da, onlar hesabı bərabərləşdirə bilməyiblər.

Bununla da qələbə qazanan "Qəbələ”nin sayəsində ardıcıl üçüncü il mötəbər yarışın pley-off mərhələsində iki komanda ilə təmsil olunacağıq.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
"Qəbələ” (Azərbaycan) - "Lill” (Fransa) - 1:0
Qol: Filip Ozobiç, 34.

"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 13. Murad Musayev, 32. Rəşad Eyyubov, 34. Urfan Abbasov, 44. Rafael Santos

"Lill”: 1. Vinsent Enyeama, 2. Sebastyan Korçia, 5. Renato Çivelli (k), 6. İbrahim Amadu, 8. Munir Obbadi, 10. Morqan Amalfitano, 11. Erik Bautok, 12. Yulian Palmieri, 17. Markos Lopes, 19. Eder, 23. Adama Soumaoro,
Ehtiyat oyunçular: 16. Mayk Malqnan, 4. Yunus Sankeyr, 9. Yassin Benzia, 13. Stopia Sunzu, 18. Frank Beria, 20. Rayan Mendeş, 24. Rio Mavuba
4 avqust. Bakı. 8-ci km qəsəbə stadionu.
İlk oyun – 1:1