2015/2016-ci illər mövsümündə Avropanın ən yaxşı futbolçusu mükafatına 3 namizədin adı bəlli olub. Olimpnews.az saytının məlumatına görə, UEFA-nın jurnalistlər arasında keçirdiyi sorğunun 2-ci mərhələsinin nəticələrinə əsasən, Madrid "Real”ının futbolçuları - portuqaliyalı Kriştianu Ronaldu və uelsli Qaret Beyl, həmçinin Madrid "Atletiko”sunun fransalı hücumçusu Antuan Qrizman final "üçlüy"ündə yer alıblar.
Qitənin ən yaxşı futbolçusu səsvermənin 3-cü mərhələsinin yekununda müəyyənləşəcək və avqustun 25-də açıqlanacaq.
Xatırladaq ki, Avropanın ən yaxşı futbolçusu mükafatının münsiflər heyətində Azərbaycanı "CBC Sport"un redaktoru Rasim Mövsümzadə təmsil edir.
Final "üçlüy"ünə düşə bilməyən futbolçular
4. Luis Suarez ("Barselona”/Uruqvay) 29 xal
5. Lionel Messi ("Barselona”/Argentina) 25
6. Canluici Buffon ("Yuventus”/İtaliya) 19
7. Pepe ("Real”/Portuqaliya) 9
8. Manuel Noyer ("Bavariya”/Almaniya) 6
9. Toni Kroos ("Real”/Almaniya) 5
10. Tomas Müller ("Bavariya”/Almaniya) 2