
Bu gün Topaz Premyer Liqasının II turunda daha bir matçı keçirilib. Olimpnews.az saytının məlumatına görə, günün oyunu Gəncədə təşkil olunub.
Çempionata məğlubiyyətlə başlayan "Kəpəz”lə AZAL klubları üz-üzə gəliblər.
Şahin Diniyevin yetirmələri üstün oyun nümayiş etdirsələr də, bu hesabda öz əksini tapmayıb. Oyun başladığı kimi də başa çatıb – 0:0.
Nəticədə, tərəflər hərəyə bir xalla kifayətləniblər.
Topaz Premyer Liqası
II tur
"Kəpəz” – AZAL - 0:0
"Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 77. Serjio Kosta, 19. Orxan Əliyev, 10. Dario Federiko, 17. Nicat Qurbanov, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 9. Tural Qürbətov, 80. Tural Rzayev, 6. Ceyhun Cavadov, 8. Elcan Rəhimov, 16. Emin Zamanov.
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, 2. Elşad Manafov, 24. Emin Cəfərquliyev (k), 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 77. Adan Koronado, 10. Nuqzar Kvirtiya, 9. Röyal Nəcəfov, 18. Ruslan Əmircanov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 5.Kamil Hüseynov, 88. Mirzağa Hüseynpur, 19. Elnur Süleymanov, 21. David Canelidze, 27. Elton Hüseynov, 95. Şirməmməd Məmmədov.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
13 avqust. Gəncə. Şəhər stadionu.