"Növbəti qarşılaşmalarda özümü doğruldacağıma inanıram"

"Növbəti qarşılaşmalarda özümü doğruldacağıma inanıram"

"Havanın isti olması oyunumuza təsir etdi. Belə havada futbolçuların qaçması və mübarizə aparması çətin idi". Olimpnews.az-ın Gəncəyə ezam olunmuş xüsusi müxbirin məlumatına görə, bunu "Kəpəz" - AZAL matçından sonra Gəncə klubunun hücumçusu Jülien Ebah deyib.

"Kəpəz"in futbolçusu növbəti qarşılaşmalarda özünü doğruldacağına inandığını vurğulayıb: "Odur ki, həmin məqamın matça təsirinin olduğunu düşünürəm. Qol vuramamğıma gəlincə, bu futboldur. Bəzən yaxşı oynayırsan, bəzən çıxışın alınmır. Ötürmələrin bir çoxu mənə ünvanlanmırdı. Bundan başqa, mövsüm yeni başlayıb. Qarşıda bizi xeyli sayda oyun gözləyir. Fərqlənə bilməməyim komandanın oyunundan da birbaşa asılıdır. Növbəti qarşılaşmalarda özümü doğruldacağıma inanıram”.

Qeyd edək ki, "Kəpəz" - AZAL qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Rahib Səmədov,
Gəncə