"Səfərdə “İnter”ə qalib gəlmək asan olmayacaq"

"Səfərdə “İnter”ə qalib gəlmək asan olmayacaq"

"Yaxşı oynadığmızı düşünürəm. Qol vurmaq üçün şanslarımız oldu". Olimpnews.az-ın Gəncəyə ezam olunmuş xüsusi müxbirin məlumatına görə, bunu "Kəpəz" - AZAL matçından sonra Gəncə klubunun futbolçusu Serjio Kosta deyib.

Portuqaliyalı yarımmüdafiəçi növbəti oyunlarda uğursuzluğa son qoyacağını vurəulayıb: "Lakin onları dəyərləndirə bilmədik. Düşünürəm ki, hazırda bizim problemimiz qol vura bilməməkdi. Növbəti oyunda bu uğursuzluğa son qoyacağıq. Çox isti idi. İlk dəfə idi ki, belə havada oynayırdım. Nə qədər çətin olsa da, meydana çıxıb mübarizə aparmalıyıq. Evdə oynayırdıq. Buna görə də qələbə qazanmaq istəyirdik. Bu nəticə nə pisdir, nə də yaxşı.

Serjio Kosta penalti epizoduna da fikirləri bildirib: "Məncə Darionun epizodunda penalti idi. Yaxında idim və gördüyümə əsasən belə deyirəm. Lakin indi nəyisə dəyişə bilmərik. Daha dəqiq fikir yürütmək üçün epizodun təkrarına baxmaq lazımdır. İlk turda uduzduq. Amma "Qəbələ” güclü rəqibdi. Həmin oyunumuz çox çətin keçmişdi. Bu gün qələbə qazanmaq istəyirdik. Lakin alınmadı. Çalışacağıq ki, növbəti turda qələbə qazanaq. Düzdür, səfərdə "İnter”ə qalib gəlmək asan olmayacaq. Onlar mövsümə yaxşı başlayıblar. Ancaq bu məqam bizi qorxutmur. Yaxşı oyunçularımız var. Zəif komanda deyilik. Əlimizdən gələni edəcəyik ki, qalib gələk".

Qeyd edək ki, "Kəpəz" - AZAL qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Rahib Səmədov,
Gəncə