“Messi 1 nömrəli futbolçudur, Ronaldu isə robot kimidir”

“Messi 1 nömrəli futbolçudur, Ronaldu isə robot kimidir”




Rio-2016 Yay Olimpiya Oyunlarının çempionu rusiyalı Soslan Ramonov güləşlə məşğul olsa da, futbolu çox sevir.

"Olimpnews.az"ın məlumatına görə Olimpiya çempionu İspaniyanın "Barselona” klubuna, futbolçulardan isə Leonel Messiyə azarkeşlik edir. 

Güləşçi "Sport-express” qəzetinə verdiyi müsahibəsində Rusiya matçlarını o qədər də izləmədiyini, İspaniya və İngiltərə futbolu ilə daha çox maraqlandığını dilə gətirib. Xatırladaq ki, rusiyalı güləşçi Olimpiya çempionu adını London-2012 Olimpidasının qalibi Toğrul Əsgərovla final görüşündə qazanıb.  

- Niyə məhz, "Barselona”?

- Sevdiyim futbolçu Ronaldinyodan sonra bu komandaya azarkeşlik etməyə başlamışam. 2002-ci ildə keçirilən dünya çempionatında Ronaldinyonu ilk dəfə görəndə onun oyunu da, təbəssümü də, səmimiyyəti də mənum çox xoşuma gəldi. O vaxtdan Ronaldinyonu sevirəm. "Barselona”ya da məhz bu futbolçuya görə azarkeşlik edirəm. 

- Necə düşünürsünüz, Messini dünyada 1 nömrəli futbolçu hesab etmək olarmı?

-Əlbəttə. Başqa cür də ola bilməz. Belə futbolçular yüz ildə bir dəfə doğulurlar. Messi də belə futbolçulardandır.

-Bəs 2-ci yerdə kimi kimi görürsünüz, bəlkə Ronaldu?

-Kriştanu Ronaldu təbii ki, güclü və texnikalı futbolçudur. Lakin mən improvizasiya əhval-ruhiyyəli oyunçulara üstünlük verirəm. Ronaldu isə meydançada bir büt, robot kimi oynayır. Onun bütün hərəkətləri demək olar ki, eynidir. Yeni heç nə yoxdur.









Səadət