Ronaldo yenidən “Real” klubuna qayıtdı

Ronaldo yenidən “Real” klubuna qayıtdı

Məşhur braziliyalı hücumçu Ronaldo Luis Nazario keçmiş komandasına - Madridin "Real” klubuna qayıdıb.

Olimpnews.az saytının məlumatına görə, Ronaldo "Real” klubunda prezident Florentino Perezin məsləhətçisi təyin olunub.

Xatırladaq ki, Ronaldo "Real” klubuna 2002-ci ildə İtaliyanın "İnter” klubundan transfer olunmuşdu. Bu klubda 5 mövsüm keçirən hücumçu ümumilikdə La Liqada çıxış etdiyi 177 oyunda rəqib qapılarından 104 top keçirib.

Fenomen ləqəbli hücumçu mütəxəssislər tərəfindən futbol tarixinin ən güclü oyunçularından biri hesab olunur.