Ronaldu Avropanın ən yaxşı futbolçusu seçildi

Ronaldu Avropanın ən yaxşı futbolçusu seçildi

"Real" Madridin portuqaliyalı forvardı Kriştianu Ronaldu 2015/2016-ci illər mövsümündə Avropanın ən yaxşı futbolçusu seçilib. Olimpnews.az saytının məlumatına görə, o, UEFA-nın jurnalistlər arasında keçirdiyi sorğunun 3-cü – sonuncu mərhələsində 40 səs toplayaraq rəqiblərini qabaqlayıb.

Monakoda keçirilən mərasimdə Ronalduya Avropanın ən yaxşı futbolçusu üçün nəzərdə tutulan mükafat təqdim edilib.

Sorğuda final üçlüyündə yer alan digər futbolçulardan fransalı Antuan Qrizmann 8 səslə 2-ci, uelsli Qaret Beyl isə 7 səslə 3-cü olub.

Qeyd edək ki, Avropanın ən yaxşı futbolçusu seçimində Azərbaycanı "CBC Sport”un əməkdaşı Rasim Mövsümzadə təmsil edir.