"Nottingem Forest"in şotlandiyalı yarımmüdafiəçisi Oliver Berk karyerasını Almaniyada davam etdirəcək.
19 yaşlı futbolçu Bundesliqanın təmsilçisi "RB Leyptsiq" klubu ilə müqavilə imzalayıb.
Bu transfer üçün 19 milyon funt sterlinq (təqribən 22 milyon avro) ödəyib. Bununla da Berk Şotlandiya futbolu tarixinin ən bahalı oyunçusu olub.