FIFA prezidenti Canni İnfantino İtaliya və Fransa komandaları arasında keçirilən yoldaşlıq oyununda video təkrarların hakimlər tərəfindən ilk istifadə olunmasını uğurlu hesab edib.
FIFA prezidenti ümid etdiyini bildirib ki, bu sistem 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında yenidən istifadə olunacaq.
Onun sözlərinə görə, bu, futbol üçün tarixi andır: "2016-cı ildə yaşayırıq, video təkrarlar sistemindən istifadə etməyin artıq vaxtıdır”.