Villian anası üçün narahatdır

Villian anası üçün narahatdır



Braziliya yığmasının və "Çelsi” klubunun yarımmüdafiəçisi Villian Borjes da Silva son iki həftəni Cənubi Amerikada keçirib.

"Olimpnews.az” xəbər verir ki, məşhur futbolçu Londona qayıtmazdan öncə xəstəxanaya, xərçəng xəstəliyindən əziyyət çəkən anasına baş çəkib.

Qeyd edək ki, Villianın anası artıq 2 ildir ki, bu amansız xəstəlikdən əziyyət çəkir.

Məşhur futbolçu anası üçün narahat olduğunu, hər gün onun yanında olmaq istəsə də, bunun mümkün olmadığını dilə gətirib. "Anamın yanında olmaq istəyirəm. Amma bu mümkün deyil. Mən getməliyəm və bizi minlərlə kilometr məsafə ayırır.

Anam 2 ildir bu xəstəlikdən əziyyət çəkir. Bu müddət ərzində başından əməliyyat olunub. Xəstəxanaya yerləşdirilib və kimya terapiyaları hələ də davam edir.

Villian anasının çox güclü olduğunu bildirərək insanlara sevdiklərinin qədrini bilməyə çağırıb: "O, çox güclüdür və mən inanıram ki, anam sağalacaq. Onun təbəssümü mənim narahat qəlbimi sakitləşdirir və işimə qayıtmağa ruhlandırır. 
Əzizlərim, sevdiklərininzin qədrini bilin, çünki həyat daimi deyil".