AFFA rəhbərliyi UEFA-nın prezidenti seçkilərində iştirak edir

AFFA rəhbərliyi UEFA-nın prezidenti seçkilərində iştirak edir

Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın Konqresi keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, UEFA prezidenti vəzifəsinə seçkinin keçiriləcəyi tədbirdə assosiasiya 3 rəhbərlə təmsil olunacaq. Belə ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.

Qeyd edək ki, UEFA-nın prezidenti postu uğrunda Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praq və Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin mübarizə aparacaq. AFFA isə sonuncu səs verəcəyini öncədən açıqlayıb.