"Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək"

"Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək"

"Əlimizdən gələni edəcəyik ki, sabah yaxşı oyun göstərək. Azərbaycanın digər təmsilçisi "Qəbələ”yə də uğurlar arzulayıram”. Olimpnews.az saytının məlumatına görə, bu sözləri "Qarabağ”ın futbolçusu Riçard Almeyda deyib.

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Slovan”la keçiriləcək matçdan öncə Ağdam klubunun mətbuat konfransı keçirilib.

Konfransa iştirak edən Almeyda bunları deyib: "Slovan”ın baş məşqçisi məni komandasında görmək istədiyini deyib? Onun nə düşündüyü mənim üçün önəmli deyil. Öz məşqçimin göstərişlərini yerinə yetirməyə çalışacam. İnanıram ki, sabah yaxşı nəticə əldə edəcəyik”.

Qeyd edək ki, bu gün "Dalğa Arena”da keçiriləcək "Qarabağ” – "Slovan” oyunu saat 19:00-da başlayacaq.