“Qarabağ” – “Slovan” oyununda rekord

“Qarabağ” – “Slovan” oyununda rekord

UEFA Avropa Liqasının qrup mərhələsinin "Qarabağ” – "Slovan” oyununda (2:2) qeydə alınan ən erkən qol rəsmiləşib. Olimpnews.az saytının məlumatına görə, UEFA qonaqların futbolçusu Yan Sikoranın 10,69-cu saniyədə vurduğu topu turnirin tarixində ən erkən qol elan edib.

O, "Vilyarreal”ın futbolçusu Vitolonun ötən il rəsmiləşdirdiyi rekordu arxada qoyub. O, 13,21-ci saniyədə "Sevilya”nı məyus etmişdi. 3-cü pillədə isə AEK-in oyunçusu İsmael Blankodu. O, BATE ilə matçda 15,19-cu saniyədə fərqlənib.

Qeyd edək ki, Çempionlar Liqasının ən erkən qolu daha tez vurulub. Hollandiyalı Roy Makaay 2006/07-ci illər mövsümündə keçirilən "Bavariya” – "Real” qarşılaşmasında ispaniyalıların qapısına 10,12 saniyəyə fərqlənib.