Sentyabrın 30-da EURO-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən birinin - Bakının loqosunun təqdimat mərasimi olacaq.
Olimpnews.az saytının məlumatına görə, tədbir Bakı Olimpiya stadionunda baş tutacaq.
Qeyd edək ki, paytaxtımızda EURO-2020-nin 4 oyunu keçiriləcək: qrup mərhələsinin 3, 1/4 finalın 1 oyunu.