Vassoura: "Azərbaycan mənim ürəyimdir"

Vassoura: "Azərbaycan mənim ürəyimdir"

"Dünya çempionatında iştirak edən braziliyalıların sayı çoxdur. Təbii ki, hər kəs seçimində azaddır”. Olimpnews.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin furzalçısı Oliveira Villiams de Nascimento AFFA-nın rəsmi saytına deyib.

Kolumbiyada keçirilən futzal üzrə DÇ-2016-nın 1/8 final mərhələsi ərəfəsində mətbuat konfransı keçirilib. Yığmamızın üzvləri üçün təşkil olunan tədbirdə Vassoura kimi tanınan braziliyalı futzalçımız da qatılıb.

O, FİFA-nın təşkil etdiyi rəsmi mətbuat konfransında Tailand yığması ilə sentyabrın 22-də baş tutacaq matç haqda fikirlərini açıqlayıb: "Azərbaycan mənim ürəyimdir, sevdiyim ölkənin uğur qazanması üçün hər zaman çalışıram. Tailand yığması ilə oyuna gəldikdə, asan oyun olmayacaq. Rəqibimizin hazırkı heyəti 4-5 ildi bir yerdə çıxış edir. Bir növ son oyunda heç-heçə etdiyimiz İran kimi. Üstəlik, təcrübəli baş məşqçiləri var. Taktiki planda çox güclü mütəxəssisdir. Aut və kornerlər zamanı müxtəlif "ev tapşırığı” yerinə yetirirlər. Üç ilə yaxındır bu komanda ilə birgə işləyir”.

Qeyd edək ki, Azərbaycan – Tailan görüşü sentyabrın 22-də Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.