Avqust ayının ən yaxşı futbolçusu müəyyənləşdi

Avqust ayının ən yaxşı futbolçusu müəyyənləşdi

Azərbaycan Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Goal.az saytının keçirdiyi sorğunun qalibi Azərbaycan milli komandasının və "İnter"in futbolçusu Ruslan Abışov olub. Davamlı keçiriləcək sorğunun qalibi ayın ən çox qol vuran futbolçusu, Peşəkar Futbol Liqasının təqdim etdiyi namizəd və klublar tərəfindən ən çox adı çəkilən 2 futbolçu arasından seçilir. Avqust ayının ən yaxşısı Ruslan Abışov (İnter), Dmitri Bezotosnı (Qəbələ), Cerard Proqnı (Zirə) və Filip Ozobiç (Qəbələ) arasından seçilib.

Qeyd edək ki, "İnter" klubunun futbolçusu Ruslan Abışov 43% göstərici ilə rəqiblərini qabaqlayıb.