“Qarabağ” xal itirdi, “Qəbələ” isə liderliyini daha möhkəmləndirdi - YENİLƏNİB

“Qarabağ” xal itirdi, “Qəbələ” isə liderliyini daha möhkəmləndirdi - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında VI turunun daha iki oyunu keçirilib. Olimpnews.az saytının məlumatına görə, günün ilk oyunu Gəncədə təşkil olunub.

"Kəpəz” doğma azarkeşlər önündə "Qarabağ” klubunu sınağa çəkib. Ağdam təmsilçisi artıq arıdıcl 22 oyun idi ki, meydanı qolsuz tərk etmirdi. Şahin Diniyevin yetirmələri doğma azarkeş amilindən yararlanaraq rəqibə başağrı olmağa çalışırdı. Oyunun ilk hissəsində hesab açılmayıb. 

Fasilədən sonra meydan sahibləri hesabı açıb. Oyunun 54-cü dəqiqəsində Dario Federiko hesabı açıb. Qonaqların bunun cavabını yalnız 21 dəqiqə sonra veriblər. Reynaldo komandasının bərabərlik qolunu vurub. 1:1 hesabı sonadək dəyişmədiyinə görə, tərəflər meydanı 1 xalla tərk ediblər.

Günün ikinci matçında isə ötən mövsümün mükafatçıları - "Zirə” ilə "Qəbələ” klubları üz-üzə gəliblər Qələbə sayəsində Roman Qriqorçukun yetirmələri liderliyini davam etdiriblər. "Qəbələ"nin heyətində Teo Uiksin hər hissədə vurduğu 1 qol komandasına növbəti 3 xalı qazandırıb.


Topaz Premyer Liqası
VI tur
25 sentyabr
"Kəpəz” – "Qarabağ” - 1:1
Qol: Dario Federiko, 54 - Reynaldo, 75.

"Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 19. Orxan Əliyev, 77. Serjio Kosta, 10. Dario Federiko, 90. Julien Ebah
Ehtiyat oyunçular:30. Davud Kərimi, 15. Azad Kərimov, 21. Novruz Məmmədov, 17. Nicat Qurbanov, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 14. Fərid Məmmədov
Baş məşqçi: Şahin Diniyev

"Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Migel Markos Madera, 9. Reynaldo, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
Gəncə. Şəhər stadionu

"Zirə” – "Qəbələ” - 0:2
Qollar: Teo Uiks, 19; 75.

"Zirə”: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 10. Elvin Məmmədov (k), 7. Gerhard Proqni, 19. Nurlan Novruzov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev,
96. Elgün Nəbiyev, 20. Sezar Meza Kolli, 21. Murad Səttarlı, 18. Tural Cəlilov, 17. Vüsal İsgəndərli
Baş məşqçi: Adil Şükürov

"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 11. Asif Məmmədov (k), 13. Murad Musayev, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 30. Petar Franyiç, 34. Urfan Abbasov
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 6. Rəşad Sadiqov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
Bakı. Zirə İdman Kompleksinin stadionu