
"Kəpəz" klubu Topaz Premyer Liqasının VI turunda "Qarabağ"la oyunda ciddi itki ilə üzləşib. Olimpnews.az-ın Gəncəyə ezam olunmuş xüsusi müxbirin məlumatına görə, klubun əsas mərkəz müdafiəçilərindən biri olan Şəhriyar Əliyev ilk hissədə zədələnib.
Müdafiəçi tibbi yardımdan sonra meydana qayıtsa da, sonradan baş məşqçi Şahin Diniyevdən əvəzlənməsini istəyib. Şəhiyar meydanı xərəkdə tərk edib. Onun əvəzinə digər müdafiəçi Azad Kərimov meydana daxil olub.
Qeyd edək ki, Şəhriyar Əliyevin nə qədər müddət komandadan ayrı qalması həkim müayinəsindən sonra bəlli olacaq.